Poçt operatorunun ölkənin maliyyə xidmətləri bazarının 5 faizinə sahib olacağı proqnozlaşdırılır
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi perspektivdə milli poçt operatoru “Azərpoçt”un ölkənin maliyyə xidmətləri bazarının 5%-nə sahib olacağını proqnozlaşdırır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun rəhbəri Novruz Məmmədovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, “Azərpoçt” çox qısa müddət ərzində yetərincə nailiyyətlərə müvəffəq olub. “Azərpoçt” 2010-cu ildən etibarən maliyyə xidmətlərinin göstərilməsinə başlayıb və artıq özünəməxsus debit kartların buraxılışını təşkil edib, bankomatlar və POS-terminallar şəbəkəsi yaratmağa başlayıb. Son bir ildə “Azərpoçt”un maliyyə xidmətlərindən gələn gəlirlərinin həcmi dörd dəfə, 200 min manatdan 800 min manatadək artıb.
Yaponiyanın poçt maliyyə xidmətləri üzrə illərlə formalaşmış bazarı var, amma burda poçt sektorunun ölkənin ümumi maliyyə xidmətləri bazarında payı 10-12% təşkil edir. Azərbaycanda 43 bankın, yəni olduqca böyük rəqabətin olmasını nəzərə alaraq, biz poçt sektorunun ümumi maliyyə xidmətləri bazarındakı payının 5% təşkil edəcəyinə ümid edirik”, - deyərək N. Məmmədov qeyd edib.
N. Məmmədovun sözlərinə görə, hazırda “Azərpoçt” regional poçt şöbə və filiallarında işləyən əməkdaşları üçün maliyyə xidmətlərinin göstərilməsi istiqamətində ixtisaslarının artırılması üzrə treninqlər keçirilir.
“Bizim əsas üstünlüklərimizdən biri, geniş regional xidmət şəbəkəmizin mövcud olmasıdır, lakin bu üstünlüyü işlək vəziyyətə gətirmək üçün kadrların təkmilləşdirilməsi və əhalinin maarifləndirilməsi işini təşkil etmək lazımdır, bu da müəyyən vaxt tələb edir ”, - N. Məmmədov vurğulayıb.
A.VƏLİYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL