waplog

Çip bazarında satış həcmi artıb


Yarımkeçiricilər Sənayesi Assosiasiyasının məlumatına əsasən, yanvarın yekununa görə, yarımkeçiricilərin satış həcmi 24 milyard ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Şimali və Cənubi Amerika bazarında satışların həcmi 10.5% artaraq 4.8 milyard dollar olub.

Bu da ümumi artıma təsir edib.

Ekspertlər qeyd edir ki, son il ərzində bu, regionda yanvar ayında qeydə alınmış ən yaxşı nəticədir. Yanvarda yarımkeçirici satışlarının 50%-dən çoxu, daha dəqiq desək, 13.6 milyard dolları Asiya-Sakit okean regionunun payına düşüb.

Avropa və Yaponiya istehsalçıları ötən illə müqayisədə daha az çip satın alıblar: bu regionlarda eniş müvafiq olaraq 4,9% və 12,3% olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL