waplog

Nazir ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib


Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə rəqəmli TV-nin təşkilinə dair Tədbirlər Planını təsdiq edib. Belə ki, Tədbirlər Planında respublikada əhali yaşayan ərazilərin ən azı 85 faizini əhatə edəcək 1 paketdən ibarət “DVB-T” rəqəmli TV yayımının tətbiq ediləcəyi qeyd olunur. Qeyd edək ki, 1 paketə 10-12 proqram daxildir.
Rəqəmli TV-nin optimal yayımı üçün tələb olunan vericilərin və digər avadanlıqların siyahısını hazırlamaq, siyahıya uyğun verici və digər avadanlıqların alınıb quraşdırılması üzrə iş qrafikinin hazırlanıb təsdiq edilməsi, rəqəmli TV vericiləri quraşdırılacaq radio-televiziya yayım stansiyalarında sahələrin müəyyənləşdirilməsi üçün müvafiq şöbə və müəssisələrə tapşırıq verilib.
Tədbirlər Planına əsasən, rəqəmli TV yayımının keyfiyyətinə nəzarətin təşkili sisteminin qurulması nəzərdə tutulub. Bundan başqa, rəqəmli TV yayımlarının qəbulu imkanlılığına malik televizorların ölkəyə gətirilməsinin təşkili üzrə aidiyyəti şirkətlərə müraciət ediləcək və müvafiq tədbirlər görüləcək. Qeyd edək ki, rəqəmli TV yayımı üzrə yaradılacaq imkanlar, TV vericilərdən istifadə şərtləri və analoq TV vericilərinin 2012-ci ilin yanvar ayının 1-dən etibarən dayandırılacağını göstərməklə özəl teleradio yayımçılarına bu yaxınlarda müraciət ediləcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL