Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub
“British Council” təşkilatı tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak edən təhsil naziri Misir Mərdanov konfrans çərçivəsində “British Council” təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb.
Təhsil Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycanda “British Council” təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.
Nazirlikdən bildirilib ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan “British Council” təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir.
Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən “British Council” ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.
Qeyd edək ki, 3 gün davam edəcək beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL