waplog

Raca Almarzoqi: «Azərbaycanda elektron xidmətlərin tətbiqinin genişləndirilməsini yüksək qiymətləndiririk»


Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar və bu sahədə əldə olunan uğurlar, BVF ilə yaradılan işgüzar əlaqələr barədə qonaqlara məlumat verib.

Qeyd olunub ki, Azərbaycanda vergi qanunvericiliyinin və inzibatçılığının daim təkmilləşdirilməsi, müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə, vergi daxilolmalarının həcminin nəzərəçarpacaq dərəcədə artmasına zəmin yaradıb.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə yeni təyin olunmuş missiya rəhbəri Raca Almarzoqi Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və nağdsız ödənişlərin stimullaşdırılması, vergitutma bazasının genişləndirilməsi və qeyri-neft sektorundan vergi daxilolmalarının artırılması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirib.

Görüşdə ötən ilin gəlir göstəriciləri və 2013-2014-cü illər üzrə proqnozlar, qeyri-neft sektoru gəlirlərini artırmaq məqsədilə son zamanlar irəli sürülən təşəbbüslər, Milli Məclis tərəfindən təsdiq edilmiş vergi tədbirləri və sənaye parklarında yerləşən şirkətlərin vergidən azad olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL