“Bulud” xidmətləri bazarının həcmi 131 milyard dollar təşkil edəcək
"Gartner" analitik şirkətinin proqnozuna əsasən, 2013-cü ildə "bulud" xidmətləri bazarının həcmi ötən illə müqayisədə 18,5% artaraq 131 milyard dollar olacaq.
"Bulud" anbarı və çap xidməti təqdim edən "IaaS" seqmenti ən yüksək artım tempi göstərib: ötən il bu seqmentdə gəlir 42,4% artaraq 6,1 milyard dollar olub.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "bulud" xidməti bazarının ən böyük seqmenti 48% bazar payına malik reklamdır. 2016-cı ilin sonunadək "bulud" xidmətlərinə 677 milyard dollar xərclənəcək ki, bu məbləğin 310 milyard dolları "bulud" reklamının payına düşəcək.
Mütəxəssislər "bulud" reklamına yalnız onlayn hərrac rejimində satılan reklamı aid edirlər. Məsələn, kontekst reklam satıcıları olan "Google" və "Yandex" kimi şirkətlər məhz bu cür sxem üzrə işləyir. "BPaaS" (biznes-proseslər) "bulud" bazarının 28%-ni əlində saxlayır.
Sonrakı yerdə 14,7% bazar payı ilə "SaaS" (proqram təminatı) seqmenti qərarlaşıb. İnformasiya təhlükəsizliyinin təmini üzrə xidmətin bazar payı 2.8% təşkil edir. "Gartner" hesab edir ki, seqmentlərin bazar payının müxtəlif olmasına baxmayaraq, "bulud" xidmətlərinə tələbatın artması bütün istiqamətlərdə gözlənilir.
Hərçənd ki artım dinamikası regionlar üzrə fərqlənəcək. Asiya-Sakit okean, Latın Amerikası, Şərqi Avropa, Şimali Afrika və Yaxın Şərq regionunda nəzərəçarpacaq artım qeydə alınacaq. Şimali Amerika, Qərbi Avropa və Yaponiyada temp zəif olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL