Azərbaycanda Yunanıstanın İKT sektorunu təmsil edən şirkətlərlə görüş keçiriləcək
Yunanıstanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində fəaliyyət göstərən şirkətləri istehsal etdikləri məhsul və xidmətlərini Azərbaycanda nümayiş etdirəcəklər.
Eyni zamanda İKT sahəsində çalışan yerli şirkətlərimiz də öz məhsul və xidmətlərini yunanıstanlı iş adamlarına təqdim edə bilərlər. Bu təqdimat "Azərbaycan-Yunanıstan İşgüzar Görüşü"ndə reallaşacaq.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan bildirilib ki, yerli sahibkarlar Yunanıstan Respublikasının xarici işlər nazirinin müavini Dimitris Kurkulasın rəhbərliyi altında Azərbaycana səfər edən Yunanıstan Biznes/Ticarət Missiyası ilə işgüzar görüşə dəvətlidirlər:
"7 mart tarixində saat 11:00-dan başlayaraq "JW Marriott Abşeron" mehmanxanasında Yunanıstandan gəlmiş 40 şirkətin nümayəndələri ilə ikitərəfli işgüzar görüşlər təşkil olunacaq. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə keçiriləcək görüşlərdə İKT ilə yanaşı, Yunanıstanın qida sənayesi, turizm, səhiyyə, əczaçılıq, tikinti və dizayn, aviasiya, neft və qazın satışı, alüminium, kabel, metallokonstruksiyalar, paltar, xəz, kallogen istehsalı, metal emalı, korroziyadan müdafiə, işıqlandırma sistemləri, suvarma və istilik sistemləri üçün klapan və fittinqlərin istehsalı, elektrik mühəndisliyi və konsaltinq xidmətləri və digər sektorları təmsil edən şirkətlər iştirak edəcək".
Bu görüşlərdə iştirak etmək istəyən şirkətlər tədbirdə təmsil olunacaq şəxslərin ad, soyad və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (əlaqəli şəxs: Anar Nuriyev tel.: 012 5980147/48, daxili: 123; 108; 119; e-mail: anuriyev@azpromo.az) AZPROMO-ya bildirməlidirlər.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL