Provayderlər piratlara mühazirə “oxuyacaq”
ABŞ-da provayderlər piratlara müəllif hüquqlarının qorunmasından bəhs edən mühazirə "oxuyacaqlar". Piratçılıqla mübarizə proqramında iştirak edən provayderlər xəbərdarlıq tədbirləri görüblər.
İnternetdə piratçılığın yayılması ilə mübarizə proqramı "altı xəbərdarlıq" (six strikes) adı altında start götürüb. Proqram çərçivəsində provayderlər qaydaları "təsadüfən pozanlara" pirat kontenti yaydıqları haqda xəbərdarlıq edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "ict.az" saytına istinadən bildirir ki, proqramda iştirak edən ABŞ-ın iri provayder şirkətləri qaydaları pozanlara qarşı tətbiq ediləcək xəbərdarlıqların siyahısını hazırlayıblar. Bildirilənə görə, bir neçə xəbərdarlıqdan sonra buna əhəmiyyət verməyənlərin veb-sorğuları blok ediləcək.
Məhdudiyyətlərin aradan qaldırılması isə yalnız o halda mümkün olacaq ki, pirat kontentinin yayılmasında şübhəli bilinən istifadəçi öz provayderinə zəng etsin, müəllif hüquqlarının pozulması və media-faylların qanuni yüklənməsi imkanları haqqında mühazirəyə qulaq assın.
Bu kimi mühazirələri öz müştəriləri üçün "Comcast" şirkətinin əməkdaşları da hazırlayıb. ABŞ-ın iri telekommunikasiya şirkəti olan AT&T isə qanunu pozanları təlimatlandırmaq niyyətindədir. Piratçılıqla məşğul olan istifadəçilər xüsusi təhsil resursunda təlim materiallarını nəzərdən keçirməyənədək İnternetə daxil ola bilməyəcəklər.
Təkcə ABŞ-da deyil, dünyada da iri telekommunikasiya şirkəti olan "Verizon" rəhbərinin bildirdiyinə görə, kontrafakt yayan istifadəçilərə 6 dəfə xəbərdarlıq ediləndən sonra İnternetin sürəti bir neçə günlüyə azaldılacaq.
Bundan əlavə, qanunu pozana provayderin qərarı ilə razılaşmadığı halda Amerika Arbitraj Assosiasiyasına müraciət etmək üçün iki həftə vaxt veriləcək. Əgər iddiaçı haqlı olduğunu sübut edərsə, apellyasiyaya ödədiyi məbləğ – 35$ yenidən ona qaytarılacaq, uduzacağı halda isə İnternet 24 saat müddətinə bağlanacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL