waplog

“Google” şirkəti “Apple”-ın sabiq marketoloqunu işə götürüb


"Google" şirkəti 1980-ci illərdə "Apple" şirkətinin aparıcı marketoloqu Qay Kavasakini işə götürüb.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, Kavasaki öz "Facebook" səhifəsində bildirib ki, o, axtarış nəhənginə məxsus olan "Motorola Mobility"-də məsləhətçi olub.

"Motorola" mənə 1998-ci ildəki "Apple"-ı xatırladır" – o yazıb. Kavasaki "Motorola" şirkətinə dizayn, istifadəçi interfeysi, marketinq və sosial media ilə bağlı məsələlər üzrə məsləhətlər verəcək.

O, həmçinin "Google+" sosial şəbəkəsində mobil qurğulara həsr edilmiş cəmiyyətin yaradılması ilə məşğul olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL