2017-ci ilədək Çin vətəndaşlarının hamısı “ağıllı” telefondan istifadə edəcək
2017-ci ilədək Çinin "ağıllı" telefon bazarının həcmi 460 milyon olacaq. "IDC" analitik şirkətinin proqnozuna əsasən, yerli vətəndaşların çox az hissəsi adi mobil telefonlardan istifadə edəcək.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, Çində mobil telefon istifadəçilərinin sayı bir milyarddan çoxdur. Son bir neçə ildə onlar ənənəvi mobil telefonlardan funksional imkanlara malik "ağıllı" telefonlara keçməkdədirlər.
"IDC" analitik şirkətinin məlumatına görə, 2012-ci ilin yekununa görə "Samsung Electronics", "Apple", "ZTE", "Huawei" və digər şirkətlər Çin bazarına ümumilikdə 213 milyon "ağıllı" telefon tədarük ediblər ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.
Ekspertlərin məlumatına görə, 2012-ci ildə Çində istehsal edilmiş mobil telefonların 58,8%-i "ağıllı" telefonların payına düşüb. Bu il "ağıllı" telefonların nüfuzetmə səviyyəsinin 78,4%, 2017-ci ilədək 90,1% olacağı gözlənilir. Bu, o deməkdir ki, dörd il sonra Çin vətəndaşlarının, demək olar ki, hamısı "ağıllı" telefondan istifadə edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL