30 min dollarlıq qulaqlıq istehsal edilib
“Monster” şirkəti dizayner Salli ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Monster Diamond Tears” qulaqlıqlarının eksklüziv modelini təqdim edib. Qurğunun mövcud olan yeganə nüsxəsinin qiyməti 30 min dollardır.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Monster Diamond Tears Sally Sohn Edition” qulaqlığının komponentlərinə 18 karat qızıl və 5,56 karat qara almaz istifadə edilib.
Bundan başqa, qurğunun yaradılmasına 100 saatlıq əl işi sərf olunub. Bu da qiymətə öz təsirini göstərib. Təəssüf ki, qurğunun texniki xüsusiyyətləri haqqında məlumat yoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL