waplog

Rasim Cabbarov: «ÇİP texnologiyasını inkişaf etdirmədən heç bir ölkədə yüksək texnologiya sənayesini inkişaf etdirmək olmaz»


«ÇİP texnologiyası yaradılması fundamental elm tutumlu iqtisadiyyatın inkişafına xidmət edir. ÇİP texnologiyası nəinki LED işıqlanma layihəsi, həmçinin "Hi-TEC." məhsullarının əsas hissəsidir. ÇİP texnologiyasını inkişaf etdirmədən heç bir ölkədə geniş şəkildə yüksək texnologiya sənayesini inkişaf etdirmək olmaz».

Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yaradılan Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzinin elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov söyləyib.

O bildirib ki, sözügedən layihənin tətbiq sahələri genişdir (LED-lərdə, Lazerdiodlarda, informasiya-kommunikasiya sistemlərində, hərbi sənayedə, sensorlarda, təhlükəsizlikdə, tibdə və s. ). «Bir sözlə dövlətin özünəgüvənc texnologiyasıdır» - deyən R.Cabbarov əlavə edib ki, ÇİP texnologiyası proses olaraq elmi-texnoloji mərhələlərə bölünür.

Bu texnologiyanın köməyi ilə İn, Ga, N qaz atomlarının seçilmiş altlıq üzərində 3-7 nm qalınlığında çökdürülməsi ilə çox qat kvant çuxurlu aktiv təbəqədən ibarət nanostruktur alınır. Onun sözlərinə görə, bu nanostrukturdan xüsusi olaraq çiplər hazırlanır. Seçilmiş altlığın diametrindən asılı olaraq çiplərin sayı dəyişir. Ona görə də MOCVD texnoloyi maşını R&D (elm və inkişaf-istehsal) və ya kütləvi istehsala uyğunlaşdırılıb:

«MOCVD texnologiyası inkişafda olan bir sahədir və universaldır. Çipin ölçüsündən asılı olaraq 4 ölçülü təbəqədən 4000 və ya 12000 çip istehsal etmək olur. Eyni zamanda çipin ölçüsü LED-əsaslı işıqlanmada tətbiqinə görə seçilir və bu sahədə yaranacaq bazarın tələbatına uyğun olaraq dəyişir. MOCVD texnologiyası bahalı texnologiya olmaqla yanaşı, onu işlədib inkişaf etdirə bilən kadr potensialı tələb edir və bu potensial hazırda mərkəzimizdə yetişir. Bu texnologiyanın yerləşmə məkanı xüsusi təmiz otaq tələb edir».

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL