“Azercell” 3 yeni kampaniyasını elan etdi
Bu gün "Azercell" şirkəti "Bahar", "Limitsiz internet" və "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya" aksiyalarına start verib. Kampaniyalar çərşənbə axşamı keçirilmiş mətbuat konfransında ictimaiyyətə elan olunub.
"Bahar" kampaniyası çərçivəsində "Samsung" telefonlarının müəyyən modellərini 1 manat ödəməklə əldə edən abunəçilərə hər ay telefon modelindən asılı olaraq 25, 50, 55 və 60 manat ödəməklə 18 ay ərzində müvafiq olaraq ölkədaxili 200 dəqiqəyədək danışıq, 200-dək pulsuz SMS və 2GB həcminədək internet hədiyyə olunacaq.
"Limitsiz internet" kampaniyasının şərtlərinə görə isə abunəçilər 10 faktura dövrü ərzində cəmi 9 manat ödəməklə 4GB həcmli mobil internet paketindən istifadə edə biləcəklər.
Modem müştəriyə pulsuz veriləcək. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər üçün xüsusi kampaniya"nın şərtlərinə görə, Qarabağ müharibəsi veteranları öz adına olan bir nömrənin balansına yüklədikləri hər məbləğə görə əlavə eyni həcmdə bonus əldə edəcək.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL