“Lufthansa” aviaşirkəti təyyarələrində yeni rabitə xidmətlərini təqdim etməyə hazırlaşır
“Lufthansa” şirkətinin Rusiya və MDB ölkələrində regional direktoru Ronald Şuls “ICTnews” elektron xəbər xidmətinə bildirib ki, yeni rabitə sisteminin seçimi bu ilin sonuna qədər şirkət tərəfindən müəyyən ediləcək.
“Hazırda biz iki təyyarəmizdə əyləncə sistemlərini testdən keçiririk. Bu əyləncə sistemlərinə mobil rabitə xidmətlərinin istifadəsi də daxildir. Belə ki, xüsusi qurğu vasitəsi ilə GSM və GPRS standartları üzrə məlumatların mübadiləsini həyata keçirmək, SMS, MMS göndərmək mümkün olur. İlin sonuna qədər biz artıq Avropa ölkələrində hansı sistemin təqdim edilməsini müəyyənləşdirəcəyik. Hazırda isə biz Bakıya uçan təyyarələrimizdə “FlyNet” xidmətlərini göstəririk”, - deyə R. Şuls şirkətin gələcək planları haqqında danışarkən qeyd edib.
Şirkətin nümayəndələrinin sözlərinə əsasən, onların keçirdiyi sorğunun nəticələri göstərib ki, təyyarədə səsli rabitə xidmətləri o qədər də böyük marağa səbəb olmur.
“Məhz buna görə biz bu xidmətləri göstərməyi planlaşdırmırıq. Bu, təyyarənin təhlükəsizliyinə risk yaratmaqla yanaşı, eyni zamanda sərnişinlərin narahatçılığına səbəb ola bilər. Lakin sərnişinlərin səsli rabitəyə olan ehtiyacını biz salonda mövcud olan “SkyPhone” qurğuları ilə təmin edirik”, - deyə şirkətin nümayəndələri bildiriblər.
Qeyd edək ki, Azərbaycan Hava Yolları QSC (AZAL) şirkəti ötən ilin sonundan etibarən “Azerfon” mobil rabitə operatoru və İsveçrənin “OnAir” şirkəti ilə birgə 4 təyyarədə tam çeşidli təhlükəsiz mobil rabitə xidmətləri göstərməyə başlayıb. Yaxın bir il ərzində bu xidmətlərin AZAL-ın bütün təyyarələrində göstərilməsi təmin ediləcək.
AYNUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL