Amerika məhkəməsi “Turkcell” uğrunda mübarizə aparan şirkətə böyük zərbə vurdu
Türkiyənin “Cukurova” şirkəti “Turkcell” uğrunda mübarizədə məğlub ola bilər . Şirkət Amerika məhkəməsinə hörmətsizliyə görə 50 min dollaradək cərimə edilə bilər.
Rusiya mətbuatının yaydığı məlumata əsasən, Rusiyanın “Alfa-qrup” şirkəti ilə Türkiyənin ən böyük mobil rabitə operatoru “Turkcell” uğrunda mübarizə edən “Cukurova” şirkətinə Mehmet Karamehmetov nəzarət edir. Şirkətə qarşı cərimənin tətbiqinin səbəbi, Federal məhkəməyə “Cukurova”nın korporativ strukturu və ABŞ-dakı aktivləri haqda məlumat verməkdən imtina etməsi olub.
Amerika məhkəməsi tərəfindən təmin edilmiş bu tələb, “Cukurova”dan Beynəlxalq Ticarət Palatasının qərarı əsasında 932 mln. dollar məbləğində cərimə almaq istəyən “TeliaSonera” Norvec şirkətlər qrupunun irəli sürdüyü iddianın tərkib hissəsidir. “Cukurova” öz növbəsində bu məlumatı açıqlamaqdan imtina edir, çünki onun açıqlanması şirkətin rəqibi olan “Alfa-qrup”a üstünlük verə bilər. Ekspertlərin rəyinə görə, Amerika məhkəməsinin bu qərarı “Cukurova” üçün ən narahat məqamda qəbul edilib. Yanvarda, “Cukurova”nın qeydiyyatdan keçdiyi Britan Virgin Adalarının ən ali məhkəmə instansiyası - Britaniyanın Məxfi Şurası, demək olar ki, “Turkcell” şirkəti üzərində nəzarəti bərpa etməyə icazə verib.
Lakin bunun üçün şirkət “Turkcell”in digər səhmdarı olan “Alfa-qrup”a 1,4 mlrd. dollar həcmində istiqrazı ödəməlidir. Ödənişin dəqiq məbləği, “Turkcell”in nəzarət paketinin qiymətinin tərəflər arasında mübahisə obyektinə çevrilməsi səbəbindən məlum deyil, çünki vaxtı ilə bu səhmlər kreditin alınması üçün girov kimi istifadə edilib.
Hazırkı qərar “Cukurova” şirkətinə, “Turkcell” şirkəti üzərində nəzarəti bərpa etməyə tələb olunan məbləği tapmaqda maneə törətsə, güclü zərər vura bilər. “Cukurova”nın rəqibləri isə hesab edirlər ki, artıq bu şirkət cəriməni ödəməkdən azad edilsə belə, onun adına elə bir zərər vurulub ki, o, kredit ala bilməz.
Məhkəmənin qərarına əsasən, tələb olunan məlumatın təqdim edilmədiyi hər iş günü əvəzində “Cukurova” birinci həftə 10 min dollar, ikinci həftə 25 min dollar, növbəti həftələr ərzində isə 50 min dollar cərimə ediləcək. “Cukurova” şirkəti artıq bəyan edib ki, ödəniş etməyəcək və bu qərarın ləğv edilməsinə nail olanadək mübarizə aparacaq.
Qeyd edək ki, “Turkcell” şirkəti Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell” şirkətinin hazırkı sərmayədarı “Fintur Holdings B.V.” şirkətinin səhmdarlarından biridir, ikinci səhmdar isə “TeliaSonera” şirkətidir. “Fintur Holdings B.V.” səhmlərinin 58% “TeliaSonera” şirkətinə 42% isə “Turkcell” şirkətinə məxsusdur.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL