Azərbaycanın icazəverici sənədlərlə bağlı portalına Qərbi Avropa və MDB ölkələri daha çox müraciət ediblər
İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılmış www.icazeler.gov.az portalını fevral ayında 19 minə yaxın internet istifadəçisi ziyarət edib.
İnternet istifadəçilərinin 300-dən çoxu Almaniya, Türkiyə, ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, İtaliya, Belçika, İsveç, Ukrayna, Çexiya, Seneqal, Makedoniya, Avstriya, Özbəkistan, Sloveniya, Polşa, Qazaxıstan və Hollandiyadandır. Ölkə xaricindən daxil olmuş müraciətlər arasında Qərbi Avropa və MDB ölkələri üstünlük təşkil edir.
Ümumilikdə, indiyədək portalın fəaliyyətindən 106000-dən çox internet istifadəçisi yararlanıb. İqtisadi İnkişaf Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihələri də icazələrin elektron informasiya portalında yerləşdirilir.
Fevral ayında 3 mərkəzi icra hakimiyyəti orqanının 8 qanunvericilik aktının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilib. Ümumilikdə isə indiyədək 13 mərkəzi və 1 yerli icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış 108 qanunvericilik aktının layihəsi www.icazeler.gov.az portalında yerləşdirilib.
Qanunvericilik aktlarının layihələrinin portalda yerləşdirilməsi sahibkarların məlumatlılıq səviyyəsini yüksəltməklə yanaşı, qanunvericilik aktlarının hazırlanmasında onların iştirakına, həmçinin sahibkarlıq sahəsini tənzimləyən normativ hüquqi aktların layihələrinin hazırlanması prosesinin daha da şəffaf aparılmasına imkan yaradır.
Qeyd edək ki, www.icazeler.gov.az portalı icazəverici sənədlər və onların alınması prosedurları barədə ölkə vətəndaşlarının, eləcə də sahibkarların məlumatlılıq səviyyəsinin artırılması məqsədilə yaradılıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL