Elektronika dəriyə implantasiya edilir
Elektron döymələr artıq ürək döyüntülərinə nəzarət edə biləcəklər. Alimlər izləyən qurğunu birbaşa pasiyentin dərisinə "çap etmək" üsulunu tapıblar. Beləliklə, insanlar daima öz sağlamlıq vəziyyətlərinə nəzarət edə bilərlər. Bundan əvvəl İllinoys Universitetinin alimi Con Rocers öz tədqiqatlarında bu cür cihaz təqdim etmişdi.
Cihaz çox nazik elektrod, sensor, simsiz "qida" sistemi və kommunikasiyadan ibarət idi. Nəzəri cəhətdən bu hazırlamanı dəriyə implantasiya etmək olardı. Lakin onun mühüm çatışmazlığı var idi.
"Əgər ofisdə oturmusunuzsa, bu texnologiya işə yarayır. Lakin əgər duş almağa və ya hovuzda üzməyə hazırlaşırsınızsa, o zaman sistem sıradan çıxardı" – deyə Rocers izah edir.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, lakin yeni texnologiya sayəsində elektron içlik daha dözümlüdür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL