waplog

BTİ-nin baş katibi Hamadun Ture “İKT və yol nəqliyyatı təhlükəsizliyinin artırılması”nın zəruriliyini ifadə edib


Hər il 17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Artıq Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Beynəlxalq Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu elan edilib.

Bu il informasiya cəmiyyəti "İKT və yol nəqliyyatı təhlükəsizliyinin artırılması" mövzusu ətrafında birləşəcək. Bununla bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Hamadun Ture müraciət edib.

H. Turenin müraciətinə əsasən, bu gün müxtəlif sosial səviyyədən olan insanlar öz avtomobilində küçəyə çıxdıqda, bütün dünya ilə rabitə yarada, tanış olmayan yerlərdə yol tapa bilir və bütün bunlar əlimizin altında olan alətlərin köməyi ilə mümkün olur.

"Bununla yanaşı, bizim xidmətimizdə müxtəlif əyləncə imkanları var – musiqi, radio, televiziya və ya sosial şəbəkələr. Bu texnologiyaları artıq hər yerdə əlçatandır, buna görə biz onlardan daha məsuliyyətli və ehtiyatla istifadə etməliyik. Əsasən avtomobil idarə edərkən qəza və xəsarətlərin qarşısıını almaq üçün daha diqqətli olmaq lazımdır".

Baş katib bildirib ki, yol nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi dünya miqyaslı bir məsələdir. Məqsəd isə əhalinin təhlükəsizliyini, sağlamlığını qorumaqdır.

H.Ture bildirib ki, hər il yol-nəqliyyat hadisələri nəticəsində 1,3 milyon insan dünyasını dəyişir, təxminən 20-50 milyon insan xəsarət alır. Statistika göstərir ki, onların əksəriyyəti inkişaf edən ölkələrin payına düşür. Nəticədə, hökumət və ayrı-ayrı şəxslərin qlobal iqtisadi itkiləri 518 milyard dollar təşkil edir.

"Sükan arxasında olarkən "SMS-in göndərilməsi" və avtomobillərdə quraşdırılmış naviqasiya və rabitə sistemləri ilə əlaqə yolda xəsarətlərin alınması və ölümlə nəticələnən hadisələrin baş verməsi üçün əsas amillərdir. Mənim müraciətim aydındır: Avtomobili idarə edərkən texniki vasitələr fikrinizi yayındırmasın. Avtomabillə hərəkət edərkən mətnli məlumatların göndərilməsi və ya "Twitter"dən istifadə olduqca təhlükəlidir və bunları tamamilə istisna etmək lazımdır. Eyni zamanda, üzv dövlətləri və sahə üzrə tərəfdaşları, telefon dəstəyini qaldırmadan, təhlükəsiz interfeyslərdən və qurğulardan istifadə etməyə, həmçinin sürücülərin sükan arxasında fikrini yayındıran texnoloji amillərin aradan qaldırılmasına yönəldilmiş tədbirlərin görülməsinə çağırıram.

H.Ture hesab edir ki, yol nəqliyyatının təhlükəsizliyinin stimullaşdırılması üzrə Milli İKT-dən istifadə strategiyalarının reallaşmasına yardımla yanaşı, intellektual nəqliyyat sistemlərinin inkişafına və istifadəsinə kömək göstərilməlidir.

Onun fikrincə, bu tədbirlər yol-nəqliyyat hadisələrinin qarşısını almaqla yanaşı, iqlim dəyişikliklərinin nəticələri ilə mübarizə vasitəsi kimi yol nəqliyyatının idarəedilməsinin effektivliyini artıra bilər.

"Mən çox şadam ki, Beynəlxalq Telekommunikasiya İttifaqı nəqliyyat vasitələrində, texniki təchizatla bağlı, diqqəti yayındıran təhlükəli amillərin aradan qaldırılması ilə nəqliyyat vasitələrinin idarəetməsinin optimallaşdırılması üçün nəzərdə tutulmuş, nəqliyyat vasitələrində istifadə edilən təhlükəsiz istifadəçi interfeysləri və rabitə sistemləri standartlarını tərtib edir".

"Beynəlxalq Telekommunikasiya İttifaqı həmçinin dünya üzrə intellektual nəqliyyat sistemləri və sürücülərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş müasir İKT standartlarının tərtib edilməsi ilə bağlı cəhdlərə himayəçilik edir. Bu standartların tərtibatında hesablama texnikası, rabitə vasitələri, avtomatlaşdırma və yerin müəyyən edilməsi texnologiyaları ilə yanaşı, toqquşmaların qarşısının alınması üçün avtomobillərə quraşdırılmış radarlar istifadə edilir. Bu mövzu çərçivəsində fəaliyyət, növbəti illər ərzində ən təxirəsalınmaz qlobal məsələlərdən biri kimi Beynəlxalq Avtomobil Assosiasiyası başda olmaqla avtomobil istehsalı sektoru ilə əməkdaşlıq çərçivəsində inkişaf etdiriləcək. Sizi bu il Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününü, İKT-nin gücü sayəsində yol nəqliyyatı təhlükəsizliyinə xüsusi diqqət yetirərək qeyd etməyə çağırıram",- deyə H. Ture müraciətində qeyd edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL