waplog

“Nar Mobile” “Eşitməmək - düşünməmək deyil” layihəsi çərçivəsində müzakirələr aparıb


"Nar Mobile 2012" "Eşitməmək - düşünməmək deyil" layihəsi çərçivəsində fəaliyyətini davam etdirir. Belə ki, 12 mart 2013-cü il tarixində "Nar Mobile"-ın baş ofisində 10 yerli şirkətin İnsan resursları departamentinin direktorları bir araya gəliblər.

Görüş zamanı iştirakçılara eşitmə qabiliyyəti məhdud olan insanların işsizlik probleminin həll olunmasına yönələn, "Eşitməmək - düşünməmək deyil" layihəsi haqqında ətraflı məlumat verilmiş, eşitmə qabiliyyəti məhdud olan insanların işə düzəlmə məsələsi ətrafında geniş müzakirə aparılıb.

Tədbirdə çıxış edən "Azerfon" şirkətinin İnsan resursları şöbəsinin direktoru Mətanət Babayeva şirkətin bu sahədə təcrübəsindən danışaraq, "Azerfon"da işləyən 12 nəfər eşitmə qabiliyyəti məhdud insanın uğurlu iş təcrübəsindən söz açıb.

"Nar Mobile"-ın Korporativ Sosial Məsuliyyət strategiyasından söz açan şirkətin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai, "Eşitməmək - düşünməmək deyil" layihəsinin məqsədlərini iştirakçıların diqqətinə çatdırıb. Belə ki, layihənin əsas məqsədi kimi eşitmə qabiliyyəti zəif olan insanlara dəstək olmaq, onların işsizlik probleminin həllində yardımçı olmaq və bu işlərə digər şirkətləri cəlb etmək olduğu bildirilib.

Görüşdə iştirak edən İnsan resursları departamentlərinin rəhbərləri "Nar Mobile"-ın təşəbbüsünü yüksək qiymətləndirib və bu işin davam etdirilməsində "Nar Mobile"-a qoşulacaqlarını bildiriblər. Sonda eşitmə qabiliyyəti zəif olan insanların CV-ləri İnsan resursları departamentlərinin rəhbərlərinə təqdim olunub.

Qeyd edək ki, "Nar Mobile" nümayəndələri bundan öncə adı çəkilən layihə çərçivəsində Azərbaycan Karlar Assosiasiyasında eşitmə qabiliyyəti məhdud olan gənclər üçün CV yazılması və iş axtarılması yolları mövzusunda treninqlər keçiriblər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL