2013-сü ildə 190 milyondan çox planşet kompüteri satılacaq
Amerikanın “IDC” analitik şirkətinin məlumatına əsasən, 2013-cü ildə dünyada 190.9 milyon planşet kompüteri satılacaq.
Bundan əvvəl şirkətin analitiklərinin verdikləri proqnoza görə, bu göstərici 172.4 milyon qurğu səviyyəsində olub.
Ekspertlər qeyd edib ki, proqnoza yenidən baxılması, ilk növbədə, mini-planşetlərə artan tələbatla bağlıdır. “Bu rüb satılan hər bir planşet kompüterinin ekranının diaqonalı 8 düymdən aşağıdır. Həm bu, həm də qarşıdakı illərdə mini-planşetlərə tələbatın artacağına ümid edirik” – “IDC”-nin hesabatında qeyd edilib.
“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə dünyada 128.3 milyon planşet kompüteri satılıb.
“IDC”-nin proqnozuna əsasən, 2017-ci ilədək bu göstərici 350 milyon səviyyəsinə çatacaq. 2017-ci ilədək “Apple” planşet kompüterlər bazarının 43.5%-nə, “Google” isə 46%-nə sahiblənəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL