“Roskosmos” asteroidlərdən qorunma sistemi yaradır
"Roskosmos" Rusiyanın Müdafiə Nazirliyi və Elmlər Akademiyası ilə birgə kosmik təhdidlərin dəf edilməsi və qarşısının alınması üzrə vahid mərkəz yaradacaq. "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, bu barədə "İnterfaks" İnformasiya Agentliyinə "Roskosmos"un rəhbəri Vladimir Popovkin məlumat verib.
Popovkinin sözlərinə əsasən, qeyd edilən üç qurum, kosmik təhdidlərin dəf edilməsi və qarşısının alınması üzrə vahid mərkəzin yaradılması üzrə təklifləri hazırlayacaq birləşmiş iş qrupu yaradıb. "Roskosmos"un rəhbərinin verdiyi məlumata görə, Rusiyada bu cür qurumun yaradılması üçün tələb olunan vəsait var, lakin bu vəsaitlər müxtəlif hökumət proqramlarında istifadə edilir.
Kosmik təhdidlərlə mübarizədə əsas istiqamətlər kiçik göy cisimlərinin, kosmik tullantıların müşahidəsi üzrə vasitələrin effektivliyinin artırılması, eləcə də, inkişaf etdirilməsi, kosmik obyektlərin kataloqlaşdırılması, həmçinin kosmik obyektlərə təsir vasitələrinin yaradılması və sınaqdan keçirilməsi kimi məsələlərin təşkilindən ibarətdir.
«Konkret təsir üsulunun seçimi təhlükəli obyektin mənşəsinin xüsusiyyətlərini və tərkibini, kütləsini, ölçüsünü nəzərə almaqla həyata keçirilməlidir», - deyə Popovkin problemin həllini şərh edib. "Roskosmos"un rəhbəri, asteroid təhlükəsi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib.
"Rosatom"un hərbi energetik qurğularının və nüvə döyüş sursatının sınaqdan keçirilməsi departamentinin rəhbəri Oleq Şubin isə qeyd edib ki, diametri bir kilometrdən artıq olan asteroidləri tutmaq üçün meqaton sinfindən artıq gücə malik olan atom bombası tələb olunur. Onun sözlərinə görə, bu, ayrıca həll edilə biləcək, elmi-texniki bir məsələdir.
O. Şubin bildirib ki, mövcud asteroidlərin ümumi sayının 50%-dək hissəsi öncədən aşkar edilməyən təhlükəli mənşəli obyektlərdir.
AYNUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL