waplog

Böyük məlumatlar baş-beyin xəstəliklərinin müalicəsində kömək edəcək


"IBM" korporasiyası və Kaliforniya Universitetində işləyən həkimlərin birgə hazırladığı yeni texnologiya baş-beyin xəstəliklərinin müalicəsində kömək etməlidir. "IBM"-dən verilən məlumata əsasən, yeni texnologiya korporasiyanın inkişaf etdirdiyi Böyük məlumatlar konsepsiyasına əsaslanır.

"IBM"-dən bildirilib ki, korporasiya mütəxəssislərinin Kaliforniya Universiteti nəzdində fəaliyyət göstərən mərkəzin həkimləri ilə birlikdə hazırladığı platforma həkimlərə düzgün diaqnoz qoymaqda və baş-beyin xəstəliklərinin müalicəsində kömək edəcək.

Korporasiya bildirib ki, hazırda baş-beyin xəstəliklərinin diaqnozlaşdırılması uzunmüddətli prosedurdur, bir ay və ya il vaxt ala bilər. "cybersecuritry.ru" saytı bildirir ki, yeni layihənin əsas məqsədi bu müddəti 8-10 saata qədər azaltmaqdır. Şirkət yaxın gələcəkdə layihə barədə daha ətraflı məlumat verəcəyinə söz verib. 

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL