“Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları” avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib
Azərbaycan Respublikası Maliyyə və Təhsil nazirliklərinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin rəhbərliyi və maliyyə məsələləri üzrə məsul şəxslərin iştirakı ilə "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin təqdimatı keçirilib.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, maliyyə naziri Samir Şərifov Maliyyə Nazirliyi və Dünya Bankı tərəfindən birgə həyata keçirilən "Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq Layihəsi" çərçivəsində "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sisteminin yaradılması və tətbiqi ilə bağlı geniş məlumat verib.
Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində nail olunan iqtisadi yüksəlişə paralel olaraq respublikamızda mühasibat uçotunun təkmilləşdirilməsi ilə bağlı da mühüm addımlar atılıb.
Prioritet istiqamətlərdən biri kimi, qısa zaman ərzində ölkədə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçidə nail olunaraq, zəruri hüquqi-normativ baza yaradılıb və mühasibat uçotu subyektlərinin maliyyə hesabatlarının beynəlxalq standartlar əsasında hazırlanaraq təqdim olunması təşkil olunub.
Üçillik maliyyə hesabatlarının qəbulunu və ümumilikdə prosesi təhlil edən S.Şərifov bu sahədə yeni təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb: "Mühasibat uçotu üzrə beynəlxalq və milli standartlar əsasında formalaşan maliyyə hesabatlarının hazırlanması, qəbul olunması, təhlili proseslərinin avtomatlaşdırılması və hesabatlar üzrə vahid məlumat bazasının hazırlanması zərurəti yaranmışdı".
Qeyd olunub ki, "Büdcədən maliyyələşən təşkilatlar üçün Maliyyə və Mühasibatlıq Hesabatları" avtomatlaşdırılmış informasiya sistemi hazırda Maliyyə Nazirliyində və 4 pilot universitetdə - Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası və Xəzər Universitetində tətbiqi başa çatır və yaxın gələcəkdə geniş yayılması nəzərdə tutulur. Tətbiqin birinci mərhələsi 35 ali təhsil müəssisəsini və 4 nazirliyi əhatə edəcək.
Sonra təhsil naziri Misir Mərdanov, pilot universitetlərin - Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin Müşahidə Şurasının sədri Hamlet İsaxanlı və digərləri öz çıxışlarında ölkədə müasir mühasibat uçotu sisteminin yaradılması və tətbiqinin əhəmiyyətini vurğulayaraq əldə olunan nəticələr barədə məlumat veriblər.
Sistemin tətbiqinin hər bir təşkilat üçün operativ analiz imkanı yaratdığını vurğulayan natiqlər qeyd etmişlər ki, müəssisədə mühasibat uçotunun beynəlxalq və milli standartlar əsasında avtomatlaşdırılması həm də hazırlanan maliyyə hesabatlarının da avtomatik rejimdə formalaşması və vaxtında təqdim olunmasını təmin edir.
Sistemin funksional və texniki təfərrüatları ilə bağlı məlumat verən icraçı şirkət - "Sinam" şirkətinin rəhbəri Elçin Əliyev bildirmişdir ki, proqram təminatının funksionallığı «Müəssisə resurslarının idarə edilməsi sistemi» prinsipi üzərində qurulub və müəssisənin bütün növ maliyyə-təsərrüfat fəaliyyətinin avtomatlaşdırılmasına və idarə edilməsinə imkan verir. Sistemdə «Anbar uçotu», «Əsas vəsaitlərin uçotu», «Bank və xəzinə əməliyyatları», «Əmək haqqı», «Maliyyə hesabatları» və «Kadrların uçotu» modulları mövcuddur.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL