Radiostansiya kimi istifadə edilə bilən “ağıllı” telefon təqdim edilib
Əlverişsiz şəraitdə istifadə üçün nəzərdə tutulmuş “Runbo X3” quqlfonu satışa çıxarılıb. Aparatın korpusu möhkəmdir, toz, çirk və su keçirmir. “ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 3.5 düymlü sensor ekranın təsvir ölçüsü 480x800 nöqtədir.
Ekranın alt hissəsində “QWERTY” düzülüşlü klaviatura yerləşir. “Ağıllı” telefon 1 QHs takt tezlikli ikinüvəli prosessor, 1 QB əməli yaddaş, 4 QB həcmində fləş modul (“MicroSD” kartları ilə artırmaq mümkündür), “Wi-Fi” və “Bluetooth” adapterləri, “GPS” qəbuledicisi, həmçinin 0.3 və 8 meqapiksel təsvir ölçüsünə malik kameralarla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3800 milliamper/saat təşkil edir.
Cihaza “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi quraşdırılıb. Tədarük dəstinə daxil olan antenanı “ağıllı” telefona birləşdirməklə onu 10 kilometr hərəkət radiuslu radiostansiya kimi istifadə etmək olar. Aparatın çəkisi 245 qram, ölçüləri isə 155×75×25 millimetrdir.
Cihaza iki sim-kart quraşdırmaq mümkündür. Qiyməti 350 dollardır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL