“Samsung” şirkəti “Galaxy S4” “ağıllı” telefonunu təqdim edib
"Samsung" şirkəti martın 15-də Nyu-Yorkda yeni "Galaxy S4" "ağıllı" telefonunu təqdim edib. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, aparatın əsas xüsusiyyəti "kontaktsız interfeys"ə malik olmasıdır.
Adıçəkilən interfeys sayəsində istifadəçi ekrana toxunmadan qurğunu idarə edə bilər. Bu imkan "Smart Scroll" (səhifələrin fırladılması üçün istifadə olunur) və "Smart Pause" (istifadəçi gözünü ekrandan çəkdikdə video pauza rejiminə keçir) funksiyaları vasitəsilə həyata keçirilir.
Adıçəkilən funksiyaların əsasını göz hərəkəti deyil, ümumilikdə üzün tanınması təşkil edir. "Galaxy S4" aparatının çəkisi 130 qram və qalınlığı isə 7,9 millimetrdir. Korpusun hazırlanmasında polikarbonat adlanan materialdan istifadə edilib.
Yeni aparat 1920x1080 təsvir ölçülü 5 düymlü ekranla təchiz edilib. Ekran "Super AMOLED" texnologiyası üzrə hazırlanıb. Şirkət aparatın iki versiyasını istehsal edəcək: onlardan biri dördnüvəli "Snapdragon", digəri isə səkkiznüvəli "Exynos" prosessoru ilə təchiz ediləcək. "Galaxy S4" aparatı iki qiqabayt (QB) əməli yaddaş və 16, 32 və ya 64 QB daxili yaddaşa malikdir. "MicroSD" yaddaş kartları üçün slot da nəzərdə tutulub. Akkumulyatorun tutumu 2600 milliamper/saat təşkil edir; batareya çıxarıla biləndir.
"Samsung" şirkəti aparata yeni sensorlar quraşdırılıb. İnfraqırmızı işıq diodu sayəsində aparatdan uzaq məsafədən idarə edilən pult kimi istifadə mümkündür. "Galaxy S4" aparatı "Android 4.2.2" mobil əməliyyat sistemi ilə işləyir. "Samsung" iddia edir ki, cihaz bütün mövcud "LTE" diapazonlarında işləyə bilər. Beləliklə, şirkət qurğunun müxtəlif ölkələr üçün müxtəlif versiyasını istehsal etməli olmayacaq.
"Galaxy S4" aparatının arxa hissəsində 13 meqapikselli, ön hissəsində 2 meqapikselli kamera quraşdırılıb.
Eyni zamanda hər iki kameradan çəkiliş aparmaq mümkündür. Aparat aprelin sonlarında satışa çıxarılacaq. Onun qiyməti hələ ki açıqlanmayıb. "Samsung" bildirib ki, aparatı 155 ölkədə satın almaq olacaq. "Samsung" şirkəti "Galaxy S" seriyasına məxsus "ağıllı" telefonları 2010-cu ildən istehsal edir. Bu müddət ərzində şirkət 100 milyondan çox qurğu satmağa müvəffəq olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL