waplog

Hər üç amerikalıdan biri avtomobili idarə edən zaman mobil telefondan istifadə edir


ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına əsasən, hər üç amerikalıdan biri avtomobili idarə edən zaman mobil telefondan istifadə edir.

"ICTnews.az" elektron xəbər xidməti "tasstelecom.ru" saytına istinadən bildirir ki, 2013-cü ilin fevralında ölkə vətəndaşları arasında keçirilmiş anonim sorğunun nəticəsinə əsasən, 18-64 yaş kateqoriyasında olan hər üç sürücüdən biri telefonla danışır, mesaj yazır və ya xəbər oxuyur.

Yol polisi vətəndaşlara xəbərdarlıq edərək bildirib ki, sükan arxasında belə əyləncələrə yol verilməsi labüd qəzaların əsas səbəbidir". Polis bildirib ki, "SMS" mesaja cavab verməzdən əvvəl avtomobili təhlükəsiz bir yerdə saxlamaq lazımdır.

Mobil qurğulardan istifadə səbəbindən diqqətsizliklə əlaqədar baş verən qəzaların sayına görə ABŞ birinci yerdə qərarlaşıb.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL