168 mindən artıq doğum elektron formadaqeydiyyata alınıb
"Ölkəmizdə qeydiyyat və notariat orqanlarında əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, aparılan dövlət reyestrinin təkmilləşdirilməsi üzrə işlərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqində müsbət nəticələr verib".
Bu sözləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib.
Onun sözlərinə görə, idarə tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 350 minə yaxın əməliyyat aparılmış, Ədliyyə və Səhiyyə nazirlikləri arasında məlumat mübadiləsi üzrə informasiya sisteminin imkanlarından səmərəli istifadə olunaraq 168 mindən artıq doğum qeydə alınmış və bu proses tam elektron qaydada keçirilib.
Ötən il 172 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınmış, 182 mətbu nəşrin uçotu aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2012-ci il 13 iyul və 5 sentyabr tarixli fərmanları ilə yaradılmış "ASAN xidmət" mərkəzində qeydiyyat və notariat fəaliyyəti təşkil edilərək bu sahədə çalışan əməkdaşlar Ədliyyə Akademiyasında və yerlərdə keçirilmiş treninqlərə cəlb olunub.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL