“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı Tədbirlər Planı yaxın günlərdə təsdiqlənəcək
2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı hazırlanmış Tədbirlər Planı yaxın günlərdə təsdiqlənəcək. Sözügedən layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 16 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanıb.
Layihədə "Təşkilati və ictimai tədbirlər", "Normativ-hüquqi baza və idarəetmənin təkmilləşdirilməsi", "İKT potensialının gücləndirilməsi", "İnformasiya cəmiyyəti və insan potensialının inkişafı", eləcə də "Beynəlxalq əməkdaşlıq" kimi əsas istiqamətlər nəzərdə tutulub.
Həmçinin "İKT ili" çərçivəsində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyəti, Yüksək Texnologiyalar Parkının, eləcə də Elektron Təhlükəsizlik Mərkəzinin fəaliyyətinin təşkili, "Elektron hökumət"in formalaşdırılması üzrə tədbirlərin genişləndirilməsi, "Elektron hökumət" portalı vasitəsilə elektron xidmətlərin genişləndirilməsi və s. kimi bir çox mühüm tədbirlərin həyata keçirilməsi gündəmdədir.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL