waplog

Azərbaycanda yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir


Azərbaycanda “Asan imza” - yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, “Asan imza” mobil elektron imza mobil telefon istifadəçiləri üçün nəzərdə tutulmuş ən asan və təhlükəsiz həllərdən biridir.

İstifadəçidən artıq smart-kart və e-imza kartının yoxlanılması tələb olunmur. Tələb olunan əsas vəsaitlər mobil telefon və yeni “Asan imza” PİN kodudur. Bununla istifadəçi istənilən yerdə mobil imzadan istifadə edə bilər, hətta “iPad” kimi kartdan istifadə etmək mümkün olmayan qurğularda belə.

“Asan imza” üçün müxtəlif əlavə proqramların yaradılması planlaşdırılır, bu mobil telefon, kompüter və planşet vasitəsi ilə banklarda ödənişlərin həyata keçirilməsi, dövlət elektron istifadəsi, sənədlərin imzalanması üzrə proqramlardır. ASAN Xidmət Mərkəzi və Vergilər Nazirliyi üçün xidmətin tətbiqi mobil telefon vasitəsi ilə həyata keçirilir.

Bu imzadan istifadə edərək, nəqliyyat və parklama xidmətlərini təhlükəsiz ödəmək üçün nəzərdə tutulan şəxsi yol bileti almaq olar. “Asan imza” ən sərt təhlükəsizlik tələblərinə cavab verir. Mobil telefon idarəetmə cihazı kimi istifadə ediləcək və istifadəçi düyməni basaraq bütün mövcud olan elektron xidmətlərdən yararlanacaq.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL