Mobil texnologiyalar istehlakçıların davranış tərzini dəyişdirir
“Gartner” tədqiqat şirkətinin analitiklərinin gəldiyi nəticəyə əsasən, gündəlik həyatımızda istifadə etdiyimiz mobil cihazların populyarlığı insanların davranış tərzini dəyişdirir. Analitik şirkətin keçirdiyi sorğuda ABŞ, Böyük Britaniya, Kanada, Braziliya, Rusiya, Hindistan və Çinin 8000-dən çox vətəndaşı iştirak edib.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, ekspertlərin sözlərinə görə, istifadəçilər planşet, rider, noutbuk və rəqəmli kameralara xərclərini azaltsalar da, lakin bu qurğuların ev idarəetməsində nüfuzetmə səviyyəsi artır.
Bu məhsulların qiymətinin azalması və məhsuldarlığının artırılması buna səbəb kimi göstərilib. “Gartner”in hesablamasına əsasən, 2012-ci ildə mobil telefonların satınalmasına orta statistik ev idarəetməsi 289 dollar xərcləyib. Qeyd edək ki, iki il əvvəl bu göstərici 173 dollar olub.
Yığcam qurğuların nüfuzetmə səviyyəsi 94%-ə çatıb. Dünyada mövcud ailələrin 50%-dən çoxu noutbukdan istifadə edir. Riderlərdən istifadə də artıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL