Akif Əlizadə: “Gənc alimlərin informasiya texnologiyalarına dərindən yiyələnməsi vacibdir”
Bu gün gənc alimlərin informasiya texnologiyalarına və xarici dillərə dərindən yiyələnməsi vacibdir. Elmi ədəbiyyatların çoxunun xarici dillərdə olması bu məsələyə xüsusi diqqət yetirilməsini şərtləndirir.
Bu sözləri AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Akif Əlizadə AMEA Rəyasət Heyətində Gənc Alimlər şuralarının sədrləri ilə keçirilən görüşdə bildirib.
AMEA-dan verilən məlumata görə, akademik görüşdə prezident İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərinin Avropanın elm mərkəzlərində doktorantura təhsilinin maliyyələşdirilməsi haqqında" 2010-cu il 9 fevral tarixli sərəncamına əsasən bir qrup gənc alimin Avropa ölkələrində təcrübə keçdiklərini qeyd edərək, işlərin yenidən davam etdiriləcəyini vurğulayıb.
Respublikamızda gənc alimlərə böyük ehtiyac olduğunu qeyd edən A.Əlizadə onların öz üzərində mütəmadi çalışmasının vacibliyini önə çəkib. AMEA rəsmisi Gənc Alimlər Şurasının bundan sonra Rəyasət Heyətinin binasında fəaliyyət göstərəcəyini bildirib və AMEA nəzdində İnstitut Direktorları Şurası və Gənclər Bürosunun yaradılacağını qeyd edib.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL