waplog

RİTN-də yoxsulluğun azaldılması üzrə Tədbirlər Planı təsdiq edilib


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə aid bəndlərinin yerinə yetirilməsinə dair nazir Əli Abbasov tərəfindən Tədbirlər Planı təsdiq edilib. Belə ki, 2011-2015-ci illər ərzində dövlət dotasiyaların mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması üçün müvafiq işlər görüləcək. Bundan başqa, universal poçt xidmətləri tariflərinin (maya dəyərinə uyğunlaşdırmaqla) yenidən hazırlanması və Tarif Şurasına təqdim olunması, poçt əmanət sisteminin inkişaf etdirilməsi, ölkədaxili və beynəlxalq ödəniş sistemlərinə inteqrasiya üzrə tədbirlərin davam etdirilməsi, əhalidən depozit qəbulu və mikrokreditlərin verilməsi xidmətlərinin təşkili üçün Mərkəzi Bankla zəruri hüquqi, texniki və təşkilati məsələlərin həll edilməsi nəzərdə tutulub. “Elektron hökumət”in formalaşdırılmasının “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı”na, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun həyata keçirilməsi də Tədbirlər Planına daxil edilib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL