waplog

Qeydiyyat orqanlarında elektron xidmət köşkləri quraşdırılacaq


Bakı şəhərinin notariat kontorlarında quraşdırılmış elektron xidmət köşkləri vasitəsi ilə notariat hərəkətləri, o cümlədən dövlət rüsumları və haqlar barədə geniş məlumat verilməsi ilə yanaşı, müvafiq ödənişlərin həyata keçirilməsi təşkil olunub.

Belə köşklərin yaxın zamanlarda qeydiyyat orqanlarında quraşdırılması nəzərdə tutulur. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə başçısının 2011-ci il 23 may tarixli fərmanının icrası ilə əlaqədar qurumun rəsmi internet informasiya ehtiyatında elektron xidmətlər inkişaf etdirilib:

“Doğumun və nikahın qeydiyyatı üçün ərizənin və sənədlərin elektron qəbulu təşkil edilib. “Elektron hökumət” portalında Azərbaycan adları barədə məlumatın verilməsi ən çox istifadə edilən xidmət kimi müəyyən olunub”.

HƏQİQƏT



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL