waplog

Özü bərpa olunan çip yaradılıb


Alim və mühəndislərdən ibarət komandanın yaratdığı kiçik mikroçip ciddi zədələnmədən sonra belə öz iş qabiliyyətini bərpa etməyə "qadirdir".

"ICTnews.az" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, Kaliforniya Texnologiya İnstitutunun alimləri ciddi zədələnmədən sonra belə bərpa oluna bilən elektronika yaradıblar. Onun əsasında hazırlanmış cihazlar üçün qısa qapanma, radiasiya şüalanması, mexaniki zədələnmə problem olmayacaq.

Sınaq zamanı mikroçipin müxtəlif hissələrinin güclü lazerlə məhv edilməsinə baxmayaraq, "ağıllı" sxem bir saniyə ərzində iş qabiliyyətini bərpa edib.

Çipin ölçüsü o qədər kiçikdir ki, bir kiçik sikkədə 76 ədəd bu cür qurğu yerləşə bilər. "Bu inanılmazdır. Mənə elə gəlir ki, biz inteqral sxemlərin təkamülündə növbəti addımın şahidi olduq", - deyə unikal texnologiyanın istehsalçılarından biri Əli Xadcimiri bildirib.

Biz gücləndiricinin 50%-ni dağıtdıq və tranzistor daxil olmaqla, onun komponentlərindən bir çoxunu buxarlandırdıq. Bununla belə, çip özünü bərpa edərək maksimum məhsuldarlıq nümayiş etdirdi".

EMİL

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL