waplog

Hindistan iyunda ilk naviqasiya peykini orbitə buraxacaq


Hindistanın yeddi naviqasiya peykindən birincisi “IRNSS-1” cari ilin iyununda orbitə buraxılacaq. Bu barədə Hindistan Kosmik Araşdırmalar Təşkilatının direktoru Radhakrişaya istinadən “Hindustan Times” qəzeti məlumat verib.

"Biz iyunda ilk naviqasiya peykini orbitə buraxmağa hazırlaşırıq, - deyə o bildirib. O, Hindistan subkontinentinin ərazisini əhatə edəcək".

“ICTnews.az” elektron xəbər xidməti “tasstelecom.ru” saytına istinadən bildirir ki, “IRNSS-1” naviqasiya peyki, həmçinin Hindistan istehsalı olan “PSLV-C22” adlanan raketdaşıyıcını orbitə çıxarmalıdır.

Peyk Hindistanın Şrixarikota adasında yerləşən yeganə kosmodromundan orbitə buraxılacaq. İkinci peyki üç ay sonra, digərlərini isə 2011-2015-ci illər ərzində orbitə buraxmaq planlaşdırılır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL