Bu gün Tərtərdə yeni elektron ATS istifadəyə veriləcək
"Aztelekom" İB bu gün regionlarda yeni elektron ATS-lər istifadəyə verəcək.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə birliyin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev məlumat verib. Onun sözlərinə görə, hazırlanan tədbirlər planına uyğun olaraq Tərtər TKQ Səyləbad kəndində 256 nömrə tutumlu yeni EATS binası, Goranboy TKQ, Xocalı məcburi köçkünləri üçün şəhərcikdə 512, Mingəçevir TKQ, DRES qəsəbəsində əlavə 512 nömrə tutumlu elektron ATS-lər istifadəyə veriləcək.
Yeni stansiyalar Türkiyənin "KAREL" şirkətinin istehsalıdır.
Qeyd edək ki, sözügedən stansiyalar mərkəzi ATS-ə optik kabellərlə bağlanır ki, bu da sakinlərin telefon və internet xidmətlərindən istifadəsinə şərait yaradır.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL