Yüksək temperaturda ifrat keçiricilik xüsusiyyətinə malik material yaradılıb
İfrat keçiricilik xüsusiyyətinə malik materiallar bəşəriyyətə nə kimi fayda gətirə bilər? Yeni yüksək temperaturlu ifrat keçiricilik xüsusiyyətinə malik materiallar hazırlayan alimlər məhz bu suala cavab verməyə çalışırlar.
Onların fikrincə, yeni ifrat keçiricilik xüsusiyyətinə malik materiallardan istifadə tibb, elektronika, nəqliyyat və digər müasir texnologiya sahələrində ciddi irəliləyişə səbəb ola bilər. Alimlərdən ibarət komandanın yaratdığı yeni unikal ifrat keçiricilik xüsusiyyətinə malik material yüksək temperaturda itkisiz böyük miqdarda elektrik enerjisi ötürə bilər.
“ICTnews.az” elektron xəbər xidməti “dailytechinfo.org” saytına istinadən bildirir ki, qabaqcıl material digərlərindən fərqli olaraq, yüksək temperaturda öz xüsusiyyətlərini saxlamaq qabiliyyətinə malikdir. İfrat keçiricilik xüsusiyyətinə malik materialların əksəriyyəti yalnız çox aşağı temperatur şəraitində işləyir ki, bu da belə materialların təcrübədə tətbiqinə məhdudiyyət yaradır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL