waplog

Əhali “ASAN”-a daha çox nə üçün müraciət edir?


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə 15 yanvar 2013-cü il tarixindən mart ayının 17-nə kimi (60 gün) 32754 vətəndaş müraciət edərək (hər gün orta hesabla 596 nəfər) xidmətlərdən yararlanıb.

Bu barədə agentliyin yaydığı məlumatda deyilir. Müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar sayca fərqlənib.

Qeyd edək ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzində pilot layihə çərçivəsində Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara 23 adda xidmət göstərilir.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL