İKT sahəsinin təmsilçiləri CEIBC-in fəaliyyətində aktiv iştirak edirlər
Bakıda Xəzər İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkilatçılığı ilə 9-cu beynəlxalq "Caspian Energy Integration Award-2013" mükafatının təqdimat mərasimi keçirilib.
Mərasimdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edib.
Mükafat qaliblərini təbrik edən İltimas Məmmədov deyib ki, 2012-ci il informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində Azərbaycan üçün uğurlu olub. "Mükafatın keçirildiyi ilk illərdə əsas etibarilə neft sektoru təmsil olunurdusa, son illərdə rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri fərqlənir və mükafatlara layiq görülürlər, İKT sahəsinin işçiləri isə Klubun fəaliyyətində aktiv iştirak edirlər", - nazir müavini bildirib.
İ. Məmmədov xatırladıb ki, 2013-cü il Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "İKT ili" elan edilib. "Bu məqsədlə təkcə nazirliyin deyil, həm də özəl sektorun fəaliyyətini əhatə edən İKT layihələrinin həyata keçirilməsi üçün geniş Tədbirlər Planı hazırlanıb. Yaxın günlərdə bu plan təsdiq edilərək həyata keçiriləcək. Beləliklə, cari ildə İKT sahəsində böyük və mühüm layihələr gerçəkləşəcək", - nazir müavini vurğulayıb.
Mərasimdə çıxış edən rəsmi şəxslər və xarici diplomatlar Klubun ölkədə, eləcə də regionda iqtisadiyyatın və biznes mühitin inkişafında rolunu qeyd ediblər.
Qeyd edək ki, "İlin sabit telefon rabitəsi operatoru" nominasiyasında qalib Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, "İlin mobil operatoru" nominasiyasında "Bakcell MMC" elan edilib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL