waplog

Məlumat Hesablama Mərkəzi növbəti dəfə “ISO 9001:2008” beynəlxalq uyğunluq sertifikatını əldə edib


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) keyfiyyət menecment sistemi üzrə "ISO 9001:2008" beynəlxalq standartın tələblərinə uyğun növbəti resertifikasiya auditindən uğurla keçib.

Mərkəzin telekommunikasiya xidmətləri və internet; proqram təminatı və veb-saytların, korporativ və regional şəbəkələrin yaradılması və saxlanılması; sistem inteqrasiyası və layihələşdirmə üzrə fəaliyyət sahələri "ISO 9001:2008" beynəlxalq standartın tələbləri əsasında yoxlanılıb və sertifikatlaşdırılıb.

Müəssisənin rəqabət qabiliyyəti və onun bazarda mövqeyi birbaşa məhsul və xidmətin keyfiyyətindən, həmçinin biznes proseslərinin stabilliyindən asılıdır.

Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması Böyük Britaniyanın "UKAS" akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin "SGS" şirkəti tərəfindən həyata keçirilib.

Xatırladaq ki, MHM ilk "İSO" beynəlxalq standartlara uyğunluq sertifikatını 2007-ci ildə əldə edib.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL