Yaya qədər daha iki “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət" mərkəzləri əhatə dairəsini genişləndirir.
"ASAN xidmət" mərkəzlərinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynovun "ICTnews"-a verdiyi məlumata əsasən, bu ilin ortalarına daha iki "ASAN xidmət" mərkəzi işə salınacaq.
"Hazırda bizim 1 saylı Bakı "ASAN xidmət" mərkəzimizdə Bakının Nəsimi, Nərimanov və Binəqədi rayonlarının vətəndaşları xidmətlərimizdən istifadə edə bilir. Bu ilin iyun ayına qədər yeni xidmət mərkəzləri Xətai rayonunda və Sumqayıt şəhərində fəaliyyətə başlayacaq. İlin sonunadək isə mərkəzlər Bakının Yasamal rayonunda və Gəncə şəhərində yaradılacaq", - deyə o bildirib.
Mərkəzdə 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi 23 adda xidmət həyata keçirir. 1 saylı Bakı "ASAN xidmət" mərkəzinə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı təkliflərini bildirə bilərlər.
Bu ilin fevral ayının 1-dən fəaliyyətə başlamış, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 nömrəli "Çağrı" mərkəzinə stasionar (ev, iş) telefonlardan birbaşa zəng etməklə mümkündür.
"108" nömrəsinə edilən zəng və aparılan danışıq, habelə "Çağrı" mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən mərkəz həftənin bütün günləri saat 10:00-dan 20:00-dək, bazar günləri isə saat 11:00-dan 17:00-dək vətəndaşların istifadəsindədir.
Aynur VƏLİYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL