Nizami Qaz İstismar Sahəsinin yeni inzibati binası ən müasir texnologiyalarla təchiz olunub
ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyinin Nizami Qaz İstismar Sahəsinin yeni inzibati binası ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təchiz olunub.
Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, ümumi sahəsi 1200 kvadratmetr, 3 mərtəbəli inzibati binanın 1-ci mərtəbəsində 4 iş otağı, yeməkxana və server otağı, 2-ci mərtəbədə 6 iş otağı, akt zalı, 3-cü mərtəbədə 8 iş otağı mövcuddur.
Binanın zirzəmisindən də istifadə ediləcək. Abonentlərin qəbulu üçün nəzərdə tutulmuş birmərtəbəli bina smart-kart tipli sayğaclara öncədən ödəniş edilməsi üçün "Paypoint" aparatları ilə təchiz edilmişdir. Binada ən son texnologiyalara əsaslanan avadanlıqlar quraşdırılıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL