GUAM rəsmisi: “Azərbaycanla informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsi əhəmiyyətlidir”
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın Baş katibi Valeri Çeçelaşvilini qəbul edib.
XİN-in mətbuat xidmətindən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə Azərbaycanla GUAM arasında əməkdaşlığın cari vəziyyəti və daha da genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, təşkilata üzv ölkələr arasında nəqliyyat, turizm, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Valeri Çeçelaşvili təşkilatın fəaliyyəti və digər beynəlxalq təşkilat və ölkələrlə əməkdaşlığı haqqında məlumat verib. GUAM-ın baş katibi Bakıda keçirilən terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə həsr edilmiş beynəlxalq konfransın əhəmiyyətini qeyd edib.
Təşkilatın müasir dövrün çağırışları, kibercinayətkarlıq kimi yeni qlobal təhdidlərlə mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüş zamanı GUAM-ın nəzərdə tutulan tədbirləri barəsində fikir mübadiləsi aparılıb.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL