waplog

Torpaq kadastrı sisteminin dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyası üzrə işlər davam edir


2012-ci ilin oktyabrından etibarən həyata keçirilən "Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək" adlı "Tvinninq" layihəsi davam etdirilir.

İcra müddəti 18 aya nəzərdə tutulmuş layihənin ümumi məqsədi dövlət torpaq kadastrı məlumatlarının Avropa İttifaqının Qiymətləndirmə Standartlarına uyğun olaraq dəqiq sistemləşdirilməsi, şəffaf torpaq bazarının yaradılması və dövlət torpaq kadastrı sisteminin digər dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiyasını təmin etməkdən ibarətdir.

"ICTnews" elektron xəbər xidmətinə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) verilən məlumata görə, layihə çərçivəsində martın ikinci ongünlüyündə DTXK sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçdə səfərdə olublar.

Səfər zamanı ölkəmizdə aparılan işlərlə bağlı ətraflı müzakirələr aparılıb. Qeyd edək ki, "Tvinninq" layihəsi çərçivəsində əsasən üç komponent üzrə işlərin həyata keçirilməsi nəzərdə tutulur.

Birinci komponent üzrə institusional və institutlararası analiz və hüquqi sistemin təhlili daxil olmaqla müvafiq strukturların gücləndirilməsi, ikinci komponent üzrə torpağın qiymətləndirilməsi metodologiyası və dövlət torpaq kadastr sisteminə inteqrasiyası, üçüncü komponent üzrə dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı və kənd/şəhər dövlət torpaq kadastrı məlumat sisteminin qurulması planlaşdırılır.

"Tvinninq" layihəsi Avropa İttifaqına üzv olan İsveç və Latviya tərəfindən həyata keçirilir. Layihəni İsveçin Landmateriet və Latviyanın isə Latviya Dövlət Torpaq Xidməti yerinə yetirir.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL