Azərbaycan Dövlət Miqrasiya Xidməti aprelin 1-dək əcnəbilərin yaşadıqları yer üzrə elektron qeydiyyatı təşkil etməlidir
Azərbaycan Dövlət Miqrasiya Xidməti aprelin 1-dək rəsmi internet informasiya ehtiyatında əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket blanklarının elektron formasının yerləşdirilməsini təmin etməli və qeydiyyata alınmaq üçün tələb olunan sənədlərin elektron formada qəbul edilməsini təşkil etməlidir.
Bu tədbirlər, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanına əsasən həyata keçirilməlidir.
Fərmana əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanan ərizə-anket blankları ilə bütün poçt şöbələrinin təmin olunması üçün tədbirlər görməlidir. Sənəd Azərbaycan Nazirlər Kabinetinə üç ay müddətində ölkə qanunlarının və prezidentin aktlarının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərin hazırlanması və prezidentə təqdim edilməsini nəzərdə tutur.
Eyni müddət ərzində, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılması təmin edilməlidir, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində ölkə prezidentinə məlumat verməlidir. Fərmana əsasən, Azərbaycan Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL