waplog

Qırmızı rəng enerjiyə qənaət edir


Mobil qurğular üçün ən böyük problemlərdən biri də avtonom iş vaxtı ilə bağlıdır.

"Google" şirkətində işləyən proqram təminatı tərtibatçısı Ceff Şarki bildirib ki, smartfonun ekranında qırmızı rəng üstünlük təşkil etdiyi halda, batareyanın enerjisi 42% daha qənaətcil sərf oluna bilər.

"ICTnews.az" elektron xəbər xidməti "telegraf.com.ua" saytına istinadən bildirir ki, məsələ ondadır ki, "OLED" texnologiyası ilə hazırlanmış ekranlarda hər bir rəng kanalı (qırmızı, yaşıl və göy) üçün ayrıca piksel elementləri nəzərdə tutulub və hər bir kanal müxtəlif enerji effektivliyinə malikdir.

Bu halda, avtonom iş vaxtının müddəti təxminən iki dəfə artır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL