Pan Gi Mun: «Yeni texnologiyalar gənclərin inkişafı üçün vacib şərtdir»
Nyu-Yorkda, BMT-nin qərargahında İqtisadi və Sosial Şuranın iclası çərçivəsində gənclərin forumu keçirilib. "ICTnews" elektron xəbər xidməti bildirir ki, tədbir iştirakçılarına müraciət edən BMT-nin Baş katibi Pan Gi Mun qeyd edib ki, təhsillə əlaqəli olan, təhsilə əli çatan gənc nəsil müasir texnologiyalar və müasir problemlərin həllində iştirak edə bilər.
«Gənclərlə iş - BMT-nin Baş katibi kimi mənim əsas prioritetlərimdən biridir. Gənc liderlər daha enerjilidir, yeni və kreativ ideyalara açıqdırlar. Məhz bu cür ideyalar da bizə dünyanın dəyişikliyi üçün lazımdır". Ümumdünya maliyyə böhranının gənclərə ciddi şəkildə təsir etdiyini vurğulayan Pan Gi Mun bildirib ki, bu gün dünyada 74 milyon cavan insan işsizdir. Onun sözlərinə görə, əhalinin bu kateqoriyasından olan yüz milyonlarla şəxs münaqişələrdən əziyyət çəkir.
Pan Gi Mun əlavə edib ki, yeni texnologiyalara gənclərin çıxışı və əlçatımlılığı inkişafın vacib şərtidir. "Mən burada çoxlu sayda elektron planşet və telefon görməyə şadam, amma sayı heç də az olmayan bir çox cavan insanlar belə texnologiyalara əlçatımlığa malik deyillər. Biz bu qırılmanın öhdəsindən gəlmək üçün onun üzərində işləməliyik".
Baş katib vurğulayıb ki, BMT gənclərlə əməkdaşlığa hazırdır və gənclərin təşkilatın ideyalarından bəhrələnəcəyinə ümid edir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL