waplog

Məcburi köçkünlər üçün salınan qəsəbədə yeni elektron ATS tikilib


Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün tikilən və bu günlərdə istifadəyə verilməsi planlaşdırılan yeni qəsəbədə müasir 512 nömrə tutumlu elektron ATS qurulub.

Mingəçevir TKQ-nin rəisi Mustafa Muradovun "ICTnews" elektron xəbər xidmətinə verdiyi məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İB-nin dəstəyi ilə qəsəbədə məskunlaşacaq məcburi köçkünlər üçün bütün multimedia xidmətlərini göstərmək mümkün olacaq.

M.Muradov bildirdi ki, 10 9 mərtəbəli binadan ibarət olacaq qəsəbədə bütün sosial obyektlərlə yanaşı, müasir rabitə xidmətinin yaradılması diqqət mərkəzindədir. Onun bildirdiyinə görə, yeni stansiya mərkəzi EATS-ə optik kabel xətti ilə bağlanacaq ki, bu da istifadəçilərin daha rahat, daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsinə şərait yaradacaq.

M.Muradov bildirib ki, hazırda EATS-6-nın tutumu 4 min nömrəyə yaxındır. "Bu yaxınlarda DRES qəsəbəsində də 512 tutumlu yeni EATS istifadəyə verildi. Hazırda qovşaq 2120953 abunəçiyə xidmət göstərir. Bunun 1000 nömrəsi CDMA tipli simsiz telefon rabitə xidmətidir. Şəhərdə internet istifadəçilərinin sayında da kifayət qədər artım var. Belə ki, hazırda şəhər üzrə 6 min genişzolaqlı internet abunəçisi var. Bunun 2 mini "aztelekom.net" internet provayderinin payına düşür. Şəhərdə fəaliyyət göstərən bütün internet provayderlərə bərabər şərait yaradılıb"- deyə o bildirdi.

Mingəçevir TKQ-də bu il müddətində boş tutumun istifadəyə verilməsində, əhalinin, o cümlədən güzəştli vətəndaşların, şəhid ailələrinin, Qarabağ əlillərinin, məcburi köçkünlərin telefona olan ehtiyacını ödəmək məqsədi ilə əlavə ehtiyat hissələrindən istifadə etməklə «Aztelekom» İB-nin tapşırığı və köməyi nəticəsində çoxsaylı vətəndaşlar telefonla təmin edilib.

Xüsusən şəhərdə olan dörd qəsəbədə məcburi qaçqın və köçkünlər üçün salınmış «Yeni Həyat» qəsəbəsində, Tərəvəzçilik sovxozunda, «Günəşli» qəsəbəsində, Mingəçevir kəndində də əhalinin telefona olan ehtiyacı təmin edilib.

RƏVAN

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL