waplog

Sloveniyanın Lyubyana Universitetinin professoru İnformasiya Texnologiyaları İnstitutunda olub


Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Lyubyana Universitetinin (Sloveniya) kompüter və informatika elmləri fakültəsinin professoru İvan Bratko ilə görüş keçirilib.

İTİ-dən verilən məlumata görə, Xarici İşlər Nazirliyinin Sloveniyadakı nümayəndəsi Azər Xudiyev və institut alimlərinin iştirak etdiyi görüşün keçirilməsində əsas məqsəd müvafiq sahədə əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Görüşdə intellektual robotların proqram təminatı və tibb sahəsində maşın təlimi metodlarının tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsi, smart elektron dərsliklərin hazırlanmasına dair dünya təcrübəsinin öyrənilməsi, birgə seminarlar və videokonfransların təşkilinin zəruriliyi və digər məsələlər müzakirə olunub.

Həmçinin Lyubyana Universiteti ilə İKT sahəsində əməkdaşlıq üzrə fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, Anlaşma Memorandumu üçün hazırlıq işlərinin görülməsi qərara alınıb.

Məlumat üçün bildirək ki, İvan Bratko Lyublyana Universitetinin süni intellekt, kompüter bilikləri və informatika laboratoriyasının müdiridir. O, universitetdə informatika fənninin tədrisi ilə məşğuldur. Maşın təlimi sahəsində tədqiqatlar aparan professor 200-dən çox elmi iş və kitabın müəllifidir.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL