waplog

Hamadun Ture: “Qarşıda bizi gərgin il gözləyir”


Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) 2013-cü ilə fəal başlayıb. Biz gələcək barəsində düşünərək 2012-ci ildə həyata keçirilmiş işləri əsas kimi götürəcəyik. Sözügedən işlərin zirvə nöqtəsi isə 2012-ci ilin 3-14 dekabr tarixlərində Dubayda baş tutmuş Beynəlxalq Telekommunikasiya üzrə Ümumdünya Konfransı (BTÜK-2012) olub.

Biz “BTÜK-2012”-də müşahidə etdik ki, üzvlərimiz arasında yeni fərq yaranır. Lakin bu fərq “BTİ”-nin problemləri ilə bağlı deyil, ona görə də biz əminik ki, İttifaqın əsl ruhunda fəaliyyət göstərərək bundan sonra birlikdə bu fərqin aradan qaldırılması üzərində işləyəcəyik.

Bütün üzvlər “BTİ”-nin işlərində həmişəki kimi fəal iştirak etmək arzusunda olduqlarını ifadə ediblər və biz onların etimad və dəstəyini yüksək qiymətləndiririk.

Ötən ilin dekabrında Dubayda Beynəlxalq Telekommunikasiya İttifaqının yenidən müzakirə edilmiş reqlamentini 89 üzv dövlət imzalayıb, digərləri isə milli səviyyədə konsultasiyalar keçirdikdən sonra müqaviləyə qoşulacaq. Bu müqavilə 2015-ci il yanvarın əvvəlində qüvvəyə minəcək.

Yeni müqavilədə yer almış qlobal səviyyədə razılaşdırılmış yol xəritəsi planetin 700 milyon insanı üçün rəqəmli dövrü əlçatan etməyə vəd edir. “BTÜK-2012”-nin məqsədi məhz telekommunikasiya infrastrukturu və onun inkişafına sərmayələr yatırmaq üçün lazımi mühit yaratmaqdan ibarət idi, çünki BTİ-nin əsas vəzifəsi qoşulmalar yaratmaqdır.

“BTÜK-2012” sayəsində hazırda sağlam rəqəmli ekosistem mövcuddur və onun iştirakçıları planetin bütün sakinləri ola bilərlər və bütün maraqlı tərəflər, həmçinin dövlət idarəetmə orqanları və kommersiya müəssisələri bizim tərəfimizdən götürülmüş öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün hər cür səy göstərməlidirlər. BTİ öz tarixi ərzində birtərəfliyə riayət edərək qlobal miqyaslı təbirləri uğurla həyata keçirmiş və biz qəti şəkildə əminik ki, siyasətin effektiv işlənilməsi yalnız açıq, şəffaf və hərtərəfli proseslər çərçivəsində mümkündür. Məhz bu səbəbdən biz telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bir çox maraqlı tərəflərin iştirakı ilə yanaşma üsulu tətbiq edərək körpülər salmağa davam edirik.

Bu baxımdan mən 14-16 may tarixlərində Cenevrədə keçiriləcək telekommunikasiya və informasiya-rabitə texnologiyaları sahəsində siyasət üzrə beşinci Ümumdünya forumuna böyük ümidlər bəsləyirəm. O, üzvlərimizi internetə dair beynəlxalq dövlət siyasəti məsələlərinin müzakirəsi üçün qlobal platforma ilə təmin edəcək. Forum bütün maraqlı tərəflərə müzakirə zamanı öz şəxsi konsepsiyasını təqdim etmək imkanı verəcək və beynəlxalq ictimaiyyətə ümumi kursu inkişaf etdirməkdə kömək edəcək.

BTİ telekommunikasiya və informasiya-rabitə texnologiyaları sahəsində siyasət üzrə Ümumdünya forumundan əvvəl mayın 13-də yüksəksəviyyəli strateji dialoq keçirəcək. Əsas diqqət genişzolaqlı rabitə - müasir qlobal iqtisadiyyatda ölkələrin rəqabət qabiliyyəti üçün həlledici əhəmiyyətə malik olan infrastruktura ayrılacaq.

Bu il BTİ VI Telekommunikasiyanın inkişafı üzrə Ümumdünya Konfransı üçün altı regional hazırlıq görüşləri keçirəcək. Müstəqil Dövlətlər Birliyi (MDB) regionu üçün birinci regional hazırlıq görüşü artıq fevralda Kişinyovda (Moldova) olub və bundan sonra Asiya-Sakit okean regionu, Şimali və Cənubi Amerika, Afrika, ərəb dövlətləri və Avropa üçün görüşlər keçirmək planlaşdırılır.

Nəhayət, 18-21 noyabr tarixlərində Tailandda “ITU Telecom-2013” keçiriləcək. Onun əsas mövzusu rəqəmli dünyada dəyişikliklərin qəbul edilməsi olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL